Mart 05, 2022 14:29 Asia/Baku
  • İslami: Siyasi təsir və lobbiçilik MAQATE qərarlarına təsir etməməlidir

İranın Atom Enerjisi Təşkilatının rəhbəri vurğulayıb: "Siyasi təsir və lobbiçilik MAQATE qərarlarına təsir etməməlidir".

SəhərAzəri-nin məlumatına əsasən, İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ilə Tehranda keçirdiyi birgə mətbuat konfransında deyib: "Ümid edirik ki, düşmənlərin İrana qarşı təxribat xarakterli hərəkətləri davam etməyəcək; Hansı ki, onların kiçik bir nümunəsi İranın nüvə alimlərinin terror edilməsidir". 

İslami əlavə edib: "İranın sülhməramlı nüvə proqramını inkişaf etdirmək üçün uzunmüddətli planı var. Qalan məsələlər qeyri-siyasi yolla və öz nizamnamələri çərçivəsində həll edilməlidir və biz əməkdaşlıq prosesinin siyasi xarakter daşımayacağına ümid edirik".

İranın Atom Enerjisi Təşkilatının rəhbəri vurğulayıb: "İddia edilən məsələlər həmişəlik bağlanmalı və İran xalqı üçün daha çox narahatlıq yaradılmamalıdır və İranla MAQATE arasında əldə olunan razılaşmaya əsasən, bu məsələlərlə bağlı sənədlər ən geci iyun ayına qədər hazırlamalıdır və kimsə müdaxilə edərsə, əlimizdə olan vasitələrdən istifadə etmək hüququmuz var".

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru da deyib: İranın Atom Enerjisi Təşkilatının rəhbəri ilə görüşdə səmərəli dialoqumuz oldu. Rafael Grossi əlavə edib: "Biz praqmatik yanaşmaya çalışdıq. Əməkdaşlıq üçün qarşılıqlı anlaşmaya nail olmaq çox vacibdir və nüvə enerjisi ölkələrin, o cümlədən İranın inkişafı üçün çox vacibdir".

İranın MAQATE-yə verdiyi məxfi hesabatların dərci və məxfilik prinsipinin vacibliyi ilə bağlı Qrossi deyib: "Bəzi üzvlər bu məxfiliyə hörmət etmir və bu, təəssüf doğurur".

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru İran rəsmiləri ilə məsləhətləşmələr aparmaq üçün bu gün səhər Tehrana gəlib.

Teqlər