AEBA-nın müstəqil yanaşmasına təkid
https://azeri.sahartv.ir/news/İran-i386601-aeba_nın_müstəqil_yanaşmasına_təkid
İranın xarici işlər naziri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müstəqil, peşəkar və tərəfsiz yanaşmasına təkid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 06, 2022 09:04 Asia/Baku
  • Hüseyn Əmir-Abdullahian və Rafael Qrossi
    Hüseyn Əmir-Abdullahian və Rafael Qrossi

İranın xarici işlər naziri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müstəqil, peşəkar və tərəfsiz yanaşmasına təkid edib.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahian dünən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi ilə görüşdə agentliyin İran İslam Respublikası ilə əlaqə və əməkdaşlıqlarının İranın dinc məqsədli nüvə sənayesinə dəstək də daxil olmaqla nəzarət və araşdırma mövzularından daha geniş sahələrdə gücləndirilməsini istəyib.

Əmir-Abdullaian ümidvarlıq edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə İranın Atom Enerjisi Təşkilatı arasında müzakirələr və əldə olunan anlaşma ilə ikitərəfli razılaşmaların icra sahəsinə daha artıq şərait yaranacaq.

Sionist rejimin böhran və ixtilaf yaratmaq sahəsindəki roluna toxunan İranın xarici işlər naziri bu rejimin agentliyin mexanizmlərindən hər hansı sui-istifadəni Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun diqqətinə çatdırıb.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin texniki və peşəkar yanaşmasına işarə edən Rafael Qrossi də qarşılıqlı əlaqə və əməkdaşlıqların gücləndirilməsi və yaradıcı çözüm yollarının tapılmasına təkid edib.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru həmçinin bu beynəlxalq orqanın nüvə enerjisindən dinc istifadə sahəsində birgə layihələrə dəstək üzrə hazırlığını elan edib.

Qrossi İrandan görüşü İran İslam Respublikası ilə həmkarlıqların gücləndirilməsi, məsələlərin həlli, qarşılıqlı dərk və dialoq üzrə iradənin nişanəsi adlandırıb.