Mart 07, 2022 12:23 Asia/Baku
  • Seyid İbrahim Rəisi
    Seyid İbrahim Rəisi

İran İslam Respublikası prezidenti ukraynalıların ABŞ-ın şər siyasətinin qurbanı olduğunu bildirib və vurğulayıb: "İran İslam Respublikası dünyada müharibənin əleyhinədir və müharibənin daha tez bitməsinin bütün xalqların xeyrinə olduğunu düşünür".

SəhərAzəri-nin məlumatına əsasən, Bazar günü Nazirlər Kabinetinin iclasında çıxış edən prezident Seyid İbrahim Rəisi regional məsələlərə və Ukrayna böhranına toxunaraq, deyib: "Əfqanıstan, Yəmən və İraq xalqları kimi Ukrayna xalqı da ABŞ-ın şər siyasətlərinin qurbanı olub".

"İran İslam Respublikası İslam İnqilabının Aliməqam Rəhbərinin buyurduğu kimi mütləq müharibəyə qarşıdır və müharibə nə qədər tez bitərsə, xalqlar üçün bir o qədər yaxşı olar və insanlar üzərindəki təhlükələri, zərərləri və problemləri azaldır", - deyə İran prezidenti bildirib.

Vyanada sanksiyaların ləğvi ilə bağlı danışıqlarda son hadisələrə diqqət çəkən Reisi, Xarici İşlər Nazirliyi və danışıqlar qrupunun danışıqları ciddi şəkildə davam etdirdiyini, lakin hökumətin heç bir hərəkət və qərarını danışıqların nəticəsinə və nüvə sazişinə bağlamadığını və bağlamayacağını vurğulayıb. 

Əhatəli Müştərək Təşəbbüs Proqramının İranın xarici siyasətinin hamısı olmadığını, ancaq ona bu sahədə bir problem kimi baxıldığını deyən Rəisi əlavə edib: "Hökumətin son altı ayda əldə etdiyi uğurların açarı bütün məsələləri, o cümlədən xarici siyasət, bank sistemi və neftlə bağlı məsələləri ciddi şəkildə təqib etməsi və heç birini nüvə anlaşması və danışıqlarda razılığın məətəli saxlamaması olub". 

Teqlər