Sabah İmam Səccadın(ə) mövlud günüdür
https://azeri.sahartv.ir/news/İran-i386670-sabah_İmam_səccadın(ə)_mövlud_günüdür
Sabah 1443-cü hicri qəməri ili şəban ayının beşi, dünya şiələrinin dördüncü imamı Həzrət İmam Səccadın (ə) mövludu günüdür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 07, 2022 17:15 Asia/Baku
  •  İmam Səccadın(ə) mövlud günü
    İmam Səccadın(ə) mövlud günü

Sabah 1443-cü hicri qəməri ili şəban ayının beşi, dünya şiələrinin dördüncü imamı Həzrət İmam Səccadın (ə) mövludu günüdür.

SəhərAzəri-nin məlumatına əsasən, İmam Zeynəlabidin (ə) 38-ci hicri qəməri ili şəban ayının beşində Mədinə şəhərində dünyaya göz açıb.

İmam Səccad(ə)-ın möhtərəm atası, dünya şiələrinin ücüncü imamı, Həzrət İmam Hüseyn(ə)-dır.

İmam Səccad(ə) bütün fəzilət, əxlaq və insanlığın bariz xüsusiyyətlərində kamillik həddində idi.

O həzrət öz zəmanəsinin ən möhtərəm, ən səbirli, ən təqvalı və ən yüksək şəxslərindən hesab olunur və böyük əxlaq sahibi olaraq, aydın ifadə bacarığına malik idi.

O həzrət insanlar ilə çox mehriban, yoxsullara və ehtiyaclılara çox səxavətli idi.

İranın Teleradio Təşkilatı İmam Zeynəlabidin(ə)-ın mübarək mövludunun ildönümü günü münasibətilə şiələri və bütün dünya azadlıqsevərlərini təbrik edir.