Mart 08, 2022 12:56 Asia/Baku
  •  Hüseyn Əmir-Abdullahian və  Mövlud Çavuşoğlu
    Hüseyn Əmir-Abdullahian və Mövlud Çavuşoğlu

İranın xarici işlər naziri türkiyəli həmkarı ilə telefon söhbətində Ukraynada siyasi həll yoluna dəstək və savaşın dayandırılmasına siyasi təşəbbüs elan edib. Bildirib ki, Tehran bu gedişatı irəlilətmək üçün istənilən köməyə hazırdır.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahian Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon əlaqəsində onunla Ukrayna böhranı da daxil olmaqla iki tərəfi maraqlandıran bəzi region və dünya məsələləri və qarşılıqlı əlaqələrlə bağlı son olaylar ətrafında fikir mübadiləsi aparıb.

İranın xarici işlər naziri bu telefon söhbətində Antaliya diplomatiya forumu, həmçinin Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirlərinin üçtərəfli yığıncağının uğurlu keçirilməsini arzu edib. Bildirib ki, İran Xarici İşlər Nazirliyindən də nümayəndə heyəti Antaliya diplomatiya forumunda iştirak edir.

Əmir-Abdullahian sonra deyib: İkitərəfli əlaqələr inkişaf və tərəqqi istiqamətindədir və gələn həftə iki ölkənin nümayəndə heyətləri əlaqələrin hərtərəfli inkişafının izlənilməsi istiqamətində Tehran və Ankaraya səfər edəcəklər.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bu telefon söhbətində iki ölkə prezidentlərinin himayəsi sayəsində qarşılıqlı əlaqələrin irəliləyişində təsirli və duyulan addımlara təkidlə, iki ölkə əlaqələrini ali və dostcasına adlandırıb.

Ukrayna böhranının daha da mürəkkəbləşməsi, insan faciəsinin baş verməsi, didərdin və miqrantların artması ehtimalından nigaran olduğunu bildirən Çavuşoğlu Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirlərinin üçtərəfli yığıncağının keçirilməsində məqsədi, bölgədə atəşkəsin və dayanıqlı sülhün yaradılması adlandırıb, bu bölgədəki durumun yaxşılaşdırılması üzrə səylərin olduqca önəmli olduğunu qeyd edib.

 

Teqlər