Sepah-ın “Nur-2” peyki kosmosa buraxılıb
-
Qasid
İranın ikinci hərbi peyki olan İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın “Nur-2” peyki orbitə buraxılıb.
SəhərAzəri-nin məlumatına əsasən, Bu peyk bu gün Sepah-ın Hava-Kosmos Qüvvələrinin “Qasid” peykdaşıyıcısı tərəfindən orbitə buraxılıb və uğurla yerin beş yüz kilometrlik orbitində yerləşdirilib.
Bu, İranın yerə yaxın orbitdə- LEO-da yerləşdirilən ikinci hərbi peykidir.
İslam İnqilabı Keşikçiləri Korpusu bundan qabaq, 2020-ci ildə üç mərhələli və kombinə yanacaqla işləyən “Qasid” peykdaşıyıcısı ilə “Nur-1” peykini kosmosa buraxmış və onu yerin dörd yüz iyirmi beş kilometrlik orbitində yerləşdirmişdi. Bu peyk hələ də yer orbitində yerləşibdir.
Bu gün “Nur-2” peykinin orbitə buraxılması ilə İran İslam Respublikası hazırda yerə yaxın orbitdə iki hərbi peykə malikdir.