Amerikanın qarşısında güzəştə getmək, böyük bir xəta və siyasi gücə bir zərbədir
İnqilab Rəhbəri İran rəsmilərini düşmən qarşısında daha çox sayıq olmağa çağırıblar
-
İslam İnqilabının Böyük Rəhbəri
İslam İnqilabının Böyük Rəhbəri sanksiyadan amanda qalmaq üçün Amerikanın və ya hər hansı digər gücün qarşısında güzəştə getməyi böyük bir xəta və siyasi gücə bir zərbə adlandırıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Bu gün səhər Rəhbərlik Xübreqanı Məclisinin sədri və üzvlərilə görüşdə bu məsələni vurğulayan Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: «Düşmənin həssas olmaması üçün müdafiə gücünü azaldaq» deyən kəsin təklifindən ən sadəlövhcəsinə və ən naşıcasına bir təklif yoxdur.
Milli gücü mühüm bir məsələ adlandıran İslam İnqilabının Böyük Rəhbəri onun dayaqlarının bəyanında belə söyləyiblər: Elm və texnologiya, təfəkkür, təfəkküretmə və fikir azadlığı milli qüvvətin dayaqlarındandır və əgər fikir azadlığı və fikir irəliləyişi olmazsa, elm və texnologiya yolaçan olmaz.
O həzrət təhlükəsizlik və müdafiə gücü, iqtisadiyyat, ictimai rifah və xalqın məişıət asudəçiliyi, region və dünya səhnələrində mill mənafeyin təmini üçün bəhs etmək və siyasətçilik gücü, mədəniyyət və həyat tərzi və digər xalqlara cəzbedici və effektiv məntiqi,/ milli gücün digər qollarından adlandırıblar. Bildiriblər ki, xalqları cəzb etmək, hər bir ölkə üçün son dərəcə mühüm olan strateji dərinlik yaradır.
Həzrət Ayətullahuluzma Xamenei bu istiqamətdə, nüvə sahəsində elmi irəliləyişdən və ya düşmənin əlinə bəhanə verməmək üçün regional iştirakdan vaz keçmək kimi təklifləri milli qüdrətə bir zərbə adlandırıb və belə əlavə ediblər: Regional iştirak bizə daha artıq mili güc və strateji dərinlik verəcək. Nə üçün ondan vaz keçək? Elmi-nüvə irəliləyişi də yaxın gələcəkdə ölkənin ehtiyaclarının təmini ilə bağlıdır və əgər ondan vaz keçsək, bir neçə il sonra kimin qarşısında və haraya əl uzadacağıq?
Həzrət Ayətullahuluzma Xamenei quruluşun möhkəmliyinin milli qüdrət və qüvvətə gətirib çıxardığını bildirib və belə deyiblər: Milli qüdrət hər bir ölkə üçün həyatidir və başqalarının tələbləri qarşısında dayanmaq və öz iradəsi əsasında həyati mənbələrdən istifadə, başıucalıq və istiqlaliyyət istəyən hər bir millət, güclü olmalıdır.
Düşmənlərin xalqa təsir göstərmək və onu yoldan çıxarmaq üzrə yüngül və ağır yumşaq müharibəsinə işarə edən İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Bu dolaşıq müharibənin çarəsi,«İslamın dərin və yüksək anlamları və maarifinə söykənmə və modern texnoloji metodlarla bəyan cihadıdır.
O həzrət muzduryetişdirmə, haramxordüzəltmə, təhdid və tamahlandırmanı düşmənin müxtəlif üsullarından adlandırıb və belə söyləyiblər: Bu ağır yumşaq müharibə əlbəttə, haqq cəbhəsinin imkanları və infrastrukturlarının gücləndiyini göstərir ki, bu da haqq cəbhəsilə mübarizəni çətinləşdirib və düşməni xalqın zehnini pozmaq üzrə yumşaq müharibəyə çəkibdir.