Baqiri və Mora yenidən məşvərət etdilər
https://azeri.sahartv.ir/news/İran-i386781-baqiri_və_mora_yenidən_məşvərət_etdilər
İran İslam Respublikasının müzakirə heyətinin başçısı Əli Baqiri və Avropa Birliyinin Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Enrike Mora cümə axşamı gecəsi Vyananın Koburq otelində müzakirə aparıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 11, 2022 09:06 Asia/Baku
  • Baqiri və Mora
    Baqiri və Mora

İran İslam Respublikasının müzakirə heyətinin başçısı Əli Baqiri və Avropa Birliyinin Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Enrike Mora cümə axşamı gecəsi Vyananın Koburq otelində müzakirə aparıblar.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikası xarici işlər nazirinin müavini Əli Baqiri ilə Avropa Birliyinin koordinatoru Enrike Mora arasında ikitərəfli görüş, bir gündə keçirilən ikinci görüş sayılır.

Dünən günortadan qabaq da oxşar görüş keçirilmişdi.

Digər nümayəndə heyətləri ilə də əlaqə və məsləhətləşmələr davam edir.

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian cümə axşamı Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel ilə telefon söhbətində vurğulayıb ki, əsas məsələlər və sanksiyaların təsirli şəkildə ləğvi Amerikanın tamahkarlıqlarının təsiri altına düşməməlidir. Əmir-Abdullahian bildirib ki, Amerikanın yeni tələblərinin heç bir məntiqi əsası yoxdur.