İranın ilk elektromobilinin təqdimatı olub
Mart 11, 2022 09:09 Asia/Baku
-
İranın ilk elektromobili
İranın Fars vilayətinin Şiraz şəhərində ölkənin “Oksigen” adlı ilk milli elektrik avtomobilinin təqdimatı olub.
SəhərAzəri-nin məlumatına əsasən, Tamamilə intellektual sistemə malik olan bu avtomobilin dizayn və konstruksiya bilikləri tamamilə yerlidir.
Dünyanın bütün müasir dizayn və konstruksiya standartlarına cavab verən “Oksigen” elektromobili gələcəkdə dörd nəfərədək artacaq dünyanın ən ucuz ikinəfərli elektromobilidir.
İranın Cənubu üzrə Avtomobil İstehsalçıları Şirkətinin baş direktorunun sözlərinə görə, bu avtomobildə yağlama mahiyyətli heç bir yanacaq növündən istifadə edilməyib. “Oksigen” elektromobili hər şarjda 15 kilovat-saat enerji istehlak etməklə minimum 220 kilometr məsafə qət edir.
Teqlər