Sionist rejimin ən iri casusluq şəbəkəsinə zərbə
https://azeri.sahartv.ir/news/İran-i386870-sionist_rejimin_ən_iri_casusluq_şəbəkəsinə_zərbə
İranın Qərbi Azərbaycan vilayətinin kəşfiyyat idarəsinin baş direktoru İmam Zaman(əc)-ın naməlum əsgərlərinin bu vilayətdə yerləşən sionist rejimin ən iri casusluq şəbəkəsinə vurduqları zərbədən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 13, 2022 10:23 Asia/Baku
  • kəşfiyyat idarəsi
    kəşfiyyat idarəsi

İranın Qərbi Azərbaycan vilayətinin kəşfiyyat idarəsinin baş direktoru İmam Zaman(əc)-ın naməlum əsgərlərinin bu vilayətdə yerləşən sionist rejimin ən iri casusluq şəbəkəsinə vurduqları zərbədən xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, İranın Qərbi Azərbaycan vilayətinin kəşfiyyat idarəsinin baş direktoru deyib ki; cari günəş ilində öz fəaliyyətinin ilk etaplarında olan sionist rejimin ən iri casusluq şəbəkəsinə zərbə vurub, dağıtdıq.

O, əlavə edib: İmam Zaman(əc)-ın naməlum əsgərlərinin/ fitnələrin zərərsizləşdirilməsi formasında olan fəaliyyət dairəsi öncədən işlənib hazırlanıb. Bu fəaliyyət dairəsi qruplaşmaların təhlükəsizliyə xələl gətirmələrinin zərərsizləşdirilməsi, eləcə də casus şəxslərin və onların dəstə başçılarının aşkar edilmələrindən ibarətdir və İmam Zaman(əc)-ın naməlum əsgərləri bu fəaliyyətlərlə İran İslam Respublikası quruluşu üçün sabit təhlükəsizlik yarada biliblər.

İranın Qərbi Azərbaycan vilayətinin kəşfiyyat idarəsinin baş direktoru həmçinin deyib ki, milli mənafe və təhlükəsizliyin qorunması iş prioritetlərindəndir və heç bir vəchlə əcnəbilərə fürsət icazəsi verilməməlidir.