Xətibzadə: "Hədsiz edamlar və aqressiya özü yaratdığı böhranların həll yolu deyil"
-
Xətibzadə
İranın Xarici İşlər Nazirliyinin sözçüsü deyib: "Kütləvi edam və hədsiz aqressiya özü yaratdığı böhranların həlli deyil və Səudiyyə hökuməti öz siyasi və məhkəmə böhranlarını və insanların repressiyasını ört-basdır etmək üçün ümumi titullardan sui-istifadə edə bilməz.
SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə Səudiyyə Ərəbistanında baş verən son kütləvi edamlara reaksiyada, bu qeyri-insani hərəkəti insan hüquqlarının və beynəlxalq hüququn əsas prinsiplərinin kobud şəkildə pozulması və ədalətli məhkəmə proseslərinə riayət edilmədən, insani prinsiplərə və qanuni prosedurlara zidd adlandırıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Qərb ölkələri tərəfindən ikili standartların tətbiqini və insan haqları anlayışından instrumental istifadəni xatırladaraq, insan haqları iddiaçısı olan ölkələrin bu kimi hərəkətlər qarşısında susqunluğunu və passivliyini pisləyib və bunu, öz siyasi tamahları üçün və müstəqil hökumətlərə qarşı insan haqları anlayışından siyasi istifadədə ikiüzlülüyün əlaməti hesab edib.
Səudiyyə Ərəbistanı şənbə günü bu ölkədə insan haqqlarının pozulmasının davamında 81 nəfəri edam edib.