Fordo-da təxribat törətmək istəyən şəbəkə həbs edilib
https://azeri.sahartv.ir/news/İran-i386943-fordo_da_təxribat_törətmək_istəyən_şəbəkə_həbs_edilib
İranın Fordo nüvə obyektində təxribat törətməyi planlaşdıran şəbəkə İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın kəşfiyyat təşkilatı tərəfindən həbs edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 15, 2022 09:37 Asia/Baku
  • Sepah-ın kəşfiyyat təşkilatı
    Sepah-ın kəşfiyyat təşkilatı

İranın Fordo nüvə obyektində təxribat törətməyi planlaşdıran şəbəkə İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın kəşfiyyat təşkilatı tərəfindən həbs edilib.

SəhərAzəri-nin məlumatına əsasən, Fordo nüvə obyektinin IR6 bölməsinin işçilərindən birinə yaxınlaşmağa cəhd edən sionist rejimin kəşfiyyat zabitləri bunun üçün, öncə bu işçinin qonşularından birini cəzb ediblər. Onlar həmin qonşuya nağd pul verib, laptop, token və mobil telefon almaqla qısa müddətdə bu şəxslə təhlükəsiz əlaqəyaratma tərzini göstərirlər.

Sonra informasiya toplamaq üçün obyektin işçisinə yaxınlaşırlar. Bütün ödənişlər nağd və rəqəmsal valyuta formasında ötürülür ki, ondan bir iz qalmamış olsun.

Bir Honq-Konq şirkətinin çətiri altında və vasitəçi şəxsin köməyilə Fordo-nun işçisilə əlaqə yaradan İsrail rejiminin casus zabiti bu əlaqə zamanı elektron proqram sifarişi verir və etaplarla həmin məsul şəxsə yaxınlaşır.

Casus şəxsin kimliyindən xəbərdar olduqdan sonra onunla həmkarlığını davam etdirən həmin şəxs bütün bu mərhələlərin Sepah-ın kəşfiyyat təşkilatındakı İmam Zaman(əc)-in naməlum əsgərlərinin kəşfiyyat torunda olmasından qəflətə qapılıb.

Nüvə korpusunun komandanlığı Sepah-ın kəşfiyyat təşkilatının əks-kəşfiyyat komandanlığının əməkdaşlığı ilə ölkənin nüvə obyektində iri təxribatlardan birinə mane ola bilib, zira bu şəbəkə novruz tətillərindən öncəyədək öz hərəkətlərini reallaşdırmağa cəhd edirdi.