Nazənin Zağəri Britaniya hökumətinə təhvil verildi +VİDEO
https://azeri.sahartv.ir/news/İran-i386996-nazənin_zağəri_britaniya_hökumətinə_təhvil_verildi_vİdeo
İranda Britaniyanın xeyrinə casusluq ittihamı ilə həbs edilən Nazənin Zağəri cəzasını çəkdikdən sonra bu gün, çərşənbə günü Britaniya hökumətinə təhvil verilib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Mart 16, 2022 16:21 Asia/Baku
  • Nazənin ZaqƏri
    Nazənin ZaqƏri

İranda Britaniyanın xeyrinə casusluq ittihamı ilə həbs edilən Nazənin Zağəri cəzasını çəkdikdən sonra bu gün, çərşənbə günü Britaniya hökumətinə təhvil verilib.

SəhərAzəri-nin məlumatına əsasən,Thomson Reuters-də layihə meneceri işləyən ikili İran və Britaniya vətəndaşı Nazənin Zağəri 2016-cı il aprelin 3-də İranda həbs edilib.

Nazənin Zağəri xarici şirkət və qurumların üzvü olmaqla İran İslam Respublikasının yumşaq devrilməsi mövzusunda media və kiber layihələrin layihələndirilməsi və həyata keçirilməsində iştirak edib.

Zağəri İran İslam Respublikasının səlahiyyətli məhkəməsi tərəfindən 5 il müddətinə azadlıqdan məhrum edilib.

"FARS" xəbər agentliyinin məlumatına görə, Zağərinin 5 illik həbs müddəti sona çatıb və o, Britaniyada həbsdə olan bir iranlı ilə dəyişdirilib.