İran və Azərbaycan arasında ikinci birgə konsulluq iclası keçirilib
-
İran və Azərbaycan
İran və Azərbaycan arasında ikinci birgə konsulluq iclası bu gün (çərşənbə) Bakıda keçirilib.
SəhərAzəri-nin məlumatına əsasən,"İRNA"nın məlumatına görə, Bakıda baş tutan iclasda hər iki ölkənin Xarici İşlər Nazirliklərinin konsulluq məsələləri üzrə baş direktorlarının və İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin iştirakı ilə keçirilib.
İclasda İran və Azərbaycan Respublikası arasında geniş spektrli konsulluq məsələləri, o cümlədən vətəbdaşların vəziyyəti, gediş-gəliş, məhbusların ekstradisiya, elm və təhsil, sərhədlər, viza, tranzit, gömrük, narkotik qaçaqmalçılığı və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi məsələlər müzakirə edilib.
İran və Azərbaycanın ilk konsulluq iclası 2018-ci ildə Tehranda keçirilib.
İran və Azərbaycan Respublikası arasında əlaqələr iki ölkə prezidentlərinin 2021-ci il noyabrın 28-də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşündən sonra yeni sürət qazanıb.