Tehran və Bakı razılığa gəldi - iranlı nazir müavini detalları açıqladı
https://azeri.sahartv.ir/news/İran-i387090-tehran_və_bakı_razılığa_gəldi_iranlı_nazir_müavini_detalları_açıqladı
İranın sənaye nazirinin müavini və ölkənin ticarətin inkişafı təşkilatının baş direktoru Əlirza Peymanpak Tehran və Bakının güzəştli ticarət sahəsində razılığa gəldiklərini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 19, 2022 08:21 Asia/Baku
  • Tehran və Bakı razılığa gəldi - iranlı nazir müavini detalları açıqladı

İranın sənaye nazirinin müavini və ölkənin ticarətin inkişafı təşkilatının baş direktoru Əlirza Peymanpak Tehran və Bakının güzəştli ticarət sahəsində razılığa gəldiklərini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Peymanpak APA-ya verdiyi müsahibədə deyib ki, hər iki ölkənin iş adamları geniş formatda bir-birləri ilə əlaqələr qurublar və hazırda iki ölkə üçüncü ölkələrdə birgə layihələr həyata keçirir.

Onun sözlərinə görə, hər iki ölkənin iş adamları geniş formatda bir-birləri ilə əlaqələr qurublar və hazırda iki ölkə üçüncü ölkələrdə birgə layihələr həyata keçirir: "Hazırda önəmli olan məsələ Tehran və Bakı arasında ticarətin inkişaf etdirilməsidir. Bunun üçün İran Azərbaycanın tranzit potensialından və Azərbaycan da İranın ticarət potensialından yararlanmalıdır".

Peymanpak qeyd edib ki, İran və Azərbaycan arasında əməkdaşlıq üçün texniki və mühəndislik layihələri davam etdirilir:

"Azərbaycanın tranzit əlaqələrinin Fars körfəzi, Hind okeanı və Afrika ölkələrinə qədər genişləndirmək üçün İran müsbət rol oynaya bilər. Digər önəmli olan məsələ azərbaycanlı iş adamları ilə ünsiyyət qurmaqdır ki, hazırda iranlı ticarətçilər bu ünsiyyəti və münasibəti qurub. İş adamları iki ölkənin layihələrində müştərək əməkdaşlıqla yanaşı, üçüncü ölkələrdə müştərək olaraq layihələr həyata keçirməyə başlayıb və bu, İranla Azərbaycan arasında ticarətin inkişafında böyük rol oynayacaq".

O, həmçinin deyib ki, İran Azərbaycanın potensialından Avrasiya bazarında istifadə edə bilər: "Azərbaycanlı biznesmenlərin Avrasiya və MDB ölkələrindəki bazarlarla tanışlığı İran üçün əlverişli şərait yarada bilər. Bu, İran üçün çox önəmlidir".