Mart 20, 2022 13:12 Asia/Baku
  • İranda neft sənayesinin milliləşdiyi gündür

Bu, gün, isfənd ayının 29-u, martın 20-i, İranın neft sənayesinin milliləşdiyi gündür.

SəhərAzəri-nin məlumatına əsasən, 71 il bundan öncə belə bir gündə İranın siyasi tarixində dönüş nöqtəsi baş verdi. İranın neft sənayesinin milliləşməsi çətin və çoxzəhmətli bir mübarizənin və tarixi bir oyanışın məhsulu olub.

İranın neft sənayesinin milliləşdirilməsi layihəsi 1951-ci il martın 20-də İran məclisində neft komissiyası üzvlərinin təklifi ilə qəbul edildi və İran nefti rəsmi şəkildə milliləşdi.

İranın neft sənayesinin milliləşməsi ilə yaşanan gərgin bir siyasi dövrdən sonra İngiltərənin əli İranın neft sənayesindən kəsildi və bu məsələ ingilislərin bölgədən tədricən çıxmalarının başlanğıcı oldu.

İranın neft sənayesinin milliləşməsi həmçinin Qərbi Asiya bölgəsinin siyasi hadisələri tarixində bir dönüş nöqtəsi oldu. Belə ki, Camal Əbdulnasirin rəhbərliyi ilə Misirdə Süveyş kanalının milliləşməsi İranın neft sənayesinin milliləşdirilməsindən ülgü götürdü.

Teqlər