İran İslam dünyasının müstəqil səsini əks etdirmək əzmindədir
https://azeri.sahartv.ir/news/İran-i387197-İran_İslam_dünyasının_müstəqil_səsini_əks_etdirmək_əzmindədir
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İran İslam Respublikasının Fələstinin müdafiəsi də daxil olmaqla, bu təşkilatın amallarına sadiq qalmaları ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının üzvlərindən olan gözləntilərinə işarə ilə vurğulayıb: İran/ İslam dünyasının üst-üstə düşən və müstəqil səsini əks etdirmək əzmindədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 23, 2022 04:32 Asia/Baku
  • İran İslam dünyasının müstəqil səsini əks etdirmək əzmindədir

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İran İslam Respublikasının Fələstinin müdafiəsi də daxil olmaqla, bu təşkilatın amallarına sadiq qalmaları ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının üzvlərindən olan gözləntilərinə işarə ilə vurğulayıb: İran/ İslam dünyasının üst-üstə düşən və müstəqil səsini əks etdirmək əzmindədir.

 SəhərAzəri-nin məlumatına əsasən, İslami ölkələrin xarici işlər nazirlərnin 48-ci konfransında iştirak məqsədilə Pakistanda səfərdə olan Səid Xətibzadə bu gün IRNA ilə müsahibədə deyib: İran birtərəfli və mənfəətpərəst siyasi baxışın yerinə, İslam dünyasının əsl amallarına sədaqətə, fikir mübadiləsinə və inteqrasiyaya inanır.

Xətibzadə əlavə edib: İslam dünyası bu gün Yəməndən tutmuş Suriyaya və işğal olunmuş Fələstin ərazilərinədək olduqca ciddi problemlərə düçar olub.

Xətibzadə deyib: İslam Əməkdaşlıq Təşkilatı nazirlərinin 48-ci iclasında Fələstindən tutmuş Yəmənə, Suriya və Əfqanıstana qədər/ İran İslam Respublikasının İslam dünyasının əsas məsələlərinə dair mövqeləri təqdim edilib. Ümid edirik ki, həmkarlıq sayəsində kiçik də olmuş olsa belə, İslam dünyasının və müsəlman xalqların dərdlərinin azaldılmasına doğru addımlar ata biləcəyik.

İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərnin 48-ci konfransı bu gün İranın nümayəndə heyəti də daxil olmaqla üzv ölkələrin rəsmilərinin iştirakı ilə İslamabadda işə başlayıb.