Novruzun mesajlarından ilham alaq
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi BMT-də keçirilən Novruz şənliyi mərasimində vurğulayıb ki, Novruzun sülh, dostluq, həmrəylik və yekdillik mesajlarından ilham alaq.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının Nyu-Yorkdakı nümayəndəliyinin mehvərliliyi, təşəbbüsü və Novruz dairəsinin on bir digər ölkəsinin iştirakı ilə virtual formada BMT-nin Nyu-Yorkdakı iqamətgahında keçirilən yığıncaqda Ümumdünya Novruz günü qeyd olunub.
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Məcid Təxti-Rəvançinin sədrliyi ilə keçirilən yığıncaqda BMT-nin baş katibi Antonio Quterreş, təşkilatın Baş Assambleyasının, həmçinin İqtisadi-İctimai Şurasının sədrləri iştirak ediblər.
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi mərasimdə deyib: Bəşəriyyətin qarşıdurma, düşmənçilik, zorakılıq, ekstremizm, unilateralizm və pandemiya kimi nadir və saysız-hesabsız beynəlxalq problemlərlə üzləşdiyi dünyada,/ gəlin,/ Novruzdan və onun sülh, dostluq, həmrəylik və yekdillik kimi yüksək mesajlarından ilham alaq.
Təxti-Rəvançi qeyd edib: Fərqli etnoslardan və müxtəlif ölkələrdəki cəmiyyətlərdən bir çoxunun ortaq dilinə çevrilən Novruz/ sülh, həmrəylik, yekdillik və dostluq kimi yüksək insani dəyərləri yayır və gücləndirir.
Mərasim iştirakçılarını Ümumdünya Novruz günü münasibətilə təbrik edən İranın BMT-dəki səfiri və daimi nümayəndəsi/ çıxışını İranın məşhur şairi Hafiz Şirazinin şeri iilə başa vurub:
Novruz mehi əsir yar küçəsindən.
Könlünün çırağı nur saçsın deyə,
İmdad dilə əsən bu xoş nəsimdən.