ABŞ İran raketlərinin Doha sərgisində iştirakından əsəbiləşib
https://azeri.sahartv.ir/news/İran-i387258-abŞ_İran_raketlərinin_doha_sərgisində_iştirakından_əsəbiləşib
ABŞ dövlət departamentinin sözçüsü İranın müdafiə təchizatları və hərbi rəsmilərinin Doha müdafiə sərgisindəki iştirakı barədə bəyanat verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 25, 2022 09:46 Asia/Baku
  • ABŞ İran raketlərinin Doha sərgisində iştirakından əsəbiləşib

ABŞ dövlət departamentinin sözçüsü İranın müdafiə təchizatları və hərbi rəsmilərinin Doha müdafiə sərgisindəki iştirakı barədə bəyanat verib.

Amerika İranın bu iştirakından təəssüf və nigarançılıq ifadə edib.

ABŞ dövlət departamentinin sözçüsü Ned Prays cümə axşamı günü axşamçağı verdiyi bəyanatda bildirib: Biz Qətərdə keçirilən Doha müdafiə sərgisində İranın hərbi rəsmiləri, həmçinin Sepah zabitlərinin iştirakı ilə bağlı məlumatlardan dərindən təəssüf və nigarançılıq ifadə edirik.

Bəyanatın davamında deyilir: İranın Fars Körfəzi bölgəsində dənizçiliyin sabitliyi üçün ən böyük təhdid hesab olunmasına görə, biz onların bu sərgidə və dəniz müdafiə sistemləri sərgisindəki iştiraklarını tamamilə rədd edirik.

ABŞ dövlət departamentinin sözçüsü bəyanatın sonunda vurğulayıb: İran silahları ilə bağlı mübadilələr/ kütləvi qırğın silahları və terrorizmə dair sanksiyalar daxil olmaqla Amerikanın müxtəlif qanunları altında sanksiya oluna bilər.