Əmir Abdullahian: Qalan bir neçə məsələnin həlli ABŞ-ın qərarını tələb edir
İranın xarici işlər naziri Belçika baş nazirinin müavini və xarici işlər naziri Sofi Vilmes ilə telefon danışığında Vyana danışıqlarında əldə olunan irəliləyişlərə diqqət çəkib və vurğulayıb: "Danışıqlarda qalan bir neçə məsələnin həlli ABŞ-ın qərarını tələb edir ki, bu məsələ Avropa İttifaqı nümayəndəsi tərəfindən təqib edilir".
"İran Press"in məlumatına görə, Hüseyn Əmir-Abdollahian belçikalı həmkarı ilə telefon danışığı zamanı İran və Belçika arasında müxtəlif sahələrdə yaxşı və hörmətə əsaslanan münasibətlərə toxunaraq, Belçika ilə əlaqələri həm ikitərəfli əlaqələr, həm də bu ölkədə Avropa və beynəlxalq qurumların mövcudluğu baxımından mühüm dəyərləndirib.
Belçikanın xarici işlər naziri isə telefon danışığı zamanı öz növbəsində iki ölkə arasındakı sıx və qarşılıqlı əməkdaşlığı iqtisadi əlaqələrin genişləndirilməsi və bəzi mövcud problemlərin həlli üçün əhəmiyyətli adlandırıb.
Vyanada keçirilən danışıqlarda İranın müzakirə heyətinin təşəbbüsləri sayəsində müəyyən irəliləyiş əldə edilib, lakin Qərb tərəflərinin bəhanə gətirmələri, xüsusilə də Co Bayden hökumətinin ABŞ-ın keçmiş administrasiyasının qanunsuz hərəkətlərini kompensasiya etmək istəməməsi və maksimum təzyiq kampaniyasını davam etdirməsi bu ölkənin nüvə anlaşmasına qayıtmaqda ciddiliyini şübhə altına alır və danışıqlar prosesinin uzanmasına səbəb olub.