1401-ci ilin Novruzu; İranın dəniz turizmi canlanıb
1401-ci günəş ilinin Novruzunda İranın dəniz turizmi canlanıb və bayram tətillərinin başlanması ilə İranın cənubundakı Hörmüzqan vilayətinin görməli məkanlarına və adalarına dəniz səyahətləri artıb.
Bu günlərdə avtomobil və sərnişin daşıyan gəmi və qayıqlar Novruz turistləri və səyahətçilərini və onların avtomobillərini İranın cənubundakı Aftab limanından Kiş adasına aparırlar. Çarək və Aftab limanları gözəl kiş adasının iki girişidir.
İranda koronavirusun nəzarətə alınması və geniş peyvəndləmədən sonra Novruz səyahətləri maksimuma çatıb və turistlərin Hörmüzqan vilayətinə səfər edərək, onun gözəl adalarını ziyarət etmək üçün marağı xeyli artıb.
"İran Press"in məlumatına görə, İranda Novruz Dəniz Səyahətləri Qərargahının rəhbəri Hüseyn Abbasnejad bildirib ki, martın 16-dan bəri dəniz səyahətlərinin sayı iki milyonu keçib.
Novruz səfərləri və dəniz turizminin koronavirusun yayılmasına səbəb olmaması üçün Hörmüzqan vilayətinin bütün limanlarında, istirahət və turistik məkanlarında maskalardan istifadə də daxil olmaqla bütün səhiyyə protokollarına ciddi əməl edilir və həyata keçirilir.