Düşmən ölkənin silahlı qüvvələrinin qüdrətindən dəhşətdədir
https://azeri.sahartv.ir/news/İran-i387364-düşmən_ölkənin_silahlı_qüvvələrinin_qüdrətindən_dəhşətdədir
İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı düşmənin təhdidləri ilə mübarizə aparmağa hazır olmağı quruluş və silahlı qüvvələr üçün şərəf hesab edib və deyib: "Düşmən İslami İranın silahlı qüvvələrinin qüdrətindən qorxur və hücuma cəsarət etmir".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 28, 2022 10:48 Asia/Baku
  • Kyumərs Heydəri
    Kyumərs Heydəri

İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı düşmənin təhdidləri ilə mübarizə aparmağa hazır olmağı quruluş və silahlı qüvvələr üçün şərəf hesab edib və deyib: "Düşmən İslami İranın silahlı qüvvələrinin qüdrətindən qorxur və hücuma cəsarət etmir".

SəhərAzəri-nin məlumatına əsasən, Briqada generalı Kyumərs Heydəri İsfahanda ordunun komandirləri və şəxsi heyəti qarşısında etdiyi çıxışında deyib: "Hərbi texnikaların istehsalında özünü təmin etmək gənclərə olan inamın, ölkənin müstəqilliyi və asılılığının azaldılması istiqamətindəki səylərin bir nümunəsidir ki, silahlı qüvvələrdə baş verib".

O, davam edib: "Ordunun quru qoşunları 23 xidmət sahəsində texnika təchizatında özünü təmin etmə həddinə çatıb və başqa ölkələrdən təchizat almağa ehtiyacı yoxdur".

İran Ordunun quru qoşunlarının komandanı ölkəsinin beynəlxalq aləmdəki hərbi mövqeyinə işarə edərək, qeyd edib ki, düşmənlər İranın silahlı qüvvələrinin qabiliyyətlərini etiraf edirlər və İran ordusunun hərbi qüdrəti dünya səviyyəlidir.