İranın futbol komandası Livanı 2-0 hesabı ilə məğlub edib
https://azeri.sahartv.ir/news/İran-i387409-İranın_futbol_komandası_livanı_2_0_hesabı_ilə_məğlub_edib
İran milli futbol komandası Dünya Çempionatı-2022-nin seçmə mərhələsinin son oyununda Livanı 2-0 hesabı ilə məğlub edərək, qrupda birinci olub.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Mart 29, 2022 16:21 Asia/Baku
  • İranın futbol komandası
    İranın futbol komandası

İran milli futbol komandası Dünya Çempionatı-2022-nin seçmə mərhələsinin son oyununda Livanı 2-0 hesabı ilə məğlub edərək, qrupda birinci olub.

SəhərAzəri-nin məlumatına əsasən, İran Dünya Çempionatının Asiya üzrə seçmə mərhələsini Livan üzərində 2:0 hesablı qələbə ilə başa vurub.

Qarşılaşma İranın şimal-şərqində yerləşən Məşhədin İmam Rza (ə) stadionunda keçirilib. Matçı 12 mindən çox azarkeş canlı izləyib.

İlk qolu 35-ci dəqiqədə hücumçu Sərdar Azmun, 72-ci dəqiqədə isə Əlireza Cahanbaxş ikinci qolu vurub. İran 25 xalla qrupa başçılıq edir.

Cənubi Koreya isə 23 xalla ikinci yerdədir, Şərqi Asiya komandasının bu gün BƏƏ-yə qarşı hələ bir oyunu var.

İran komandası ilk Asiya komandası kimi Qətər Dünya Çempionatına vəsiqə qazanıb.