Mart 30, 2022 19:16 Asia/Baku
  • IONS 2022
    IONS 2022

İranın da qatıldığı IONS Kombinə Dəniz Təlimlərinin ikinci günündə iştirak edən bölmələr xilasetmə və tibbi yardım kimi ixtisaslaşdırılmış dəniz əməliyyatlarını məşq ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, "İRİB"in məlumatına görə, IONS Kombinə Dəniz Təlimlərinin davamında dünən gecə dənizdə fövqəladə rabitə şəraiti zamanı tam radio səssizliyində və elektron rabitənin kəsilməsi halında mesajların işıqla ötürülməsi əməliyyatı İran, Hindistan, Fransa və Banqladeş donanmalarının esminesləri arasında uğurla həyata keçirilib. 

Həmçinin təlimdə iştirak edən hərbi gəmilər tamamilə İran istehsalı olan Dena destroyerinin komandanlığı altında Hind okeanının sularında gecə dəniz patrulları həyata keçiriblər.

IONS Kombinə Dəniz Təlimləri İran İslam Respublikası, Hindistan, Banqladeş və Hind okeanı regionunun sahilyanı ölkələrinin hərbi-dəniz qüvvələrinin iştirakı ilə və IONS-a üzv olan 14 ölkənin müşahidəsi altında brifinqlər, təlim seminarları və tərəflərin donanmalarına baxış keçirdikdən sonra martın 29-da səhər saatlarından etibarən Hindistanın Qoa limanında başlayıb. 

Teqlər