12 fərvərdin - 1 aprel İran təqviminin əsas günlərindən biridir
İranda İslam Respublikası Günüdür
Apr 01, 2022 05:48 Asia/Baku
İranda İslam Respublikası Günü qeyd olunur.
SəhərAzəri-nin məlumatına görə, İran İslam Respublikası günü İran xalqının islami izzətin reallaşması və ölkənin taleyinin xalqın əli ilə təyin edilməsi üzrə istəyi və iradəsinin həyata keçdiyi gündür.
İslam İnqilabının İmam Xomeyni(r.ə)-in rəhbərliyi ilə zəfər çalmasından az sonra 1358-ci günəş ili fərvərdin ayının 12-i, 1979-cu il aprelin 1-də bütün ölkədə İslam Respublikası üzrə referendum keçirildi.
Nəticələrə əsasən, referendumda iştirak etmək şəraitinə malik olanların 98 faizdən çoxu İslam Respublikasının qurulması ilə razılaşdı.
Bu münasibətlə İran təqvimində 12 fərvərdin, İslam Respublikası Günü adlandırılıb.
Teqlər