12 fərvərdin, İslami İranda dini demokratiyanın reallaşdığı gündür
-
İSLAM RESPUBLİKASI GÜNÜ
Hər il baharın 12-ci günü, böyük İran xalqının İran İslam Respublikası adlı bir hökumət quruluşunun təsisi üzrə əzəmətli referendum qəhrəmanlığını yada salır. Bu gündə İslami İranda dini demokratiya reallaşdı.
SəhərAzəri-nin məlumatına əsasən, 1358-ci günəş ili fərvərdin ayının 12-də- 1979-cu il aprelin birində elan olunan İran İslam Respublikası quruluşu referendumunun nəticələrinə əsasən, referendumda iştirak etmək şəraitinə malik olanların 98 faizindən çoxu İslam Respublikasının qurulması ilə razılaşdı.
1358-ci günəş ilində İran İslam Respublikasının banisi- İmam Xomeyni(r.ə)-in çağırışı ilə fərvərdin ayının onu və on birində bütün ölkədə İran İslam Respublikası quruluşu referendumu keçirildi və iyirmi milyon iranlı İslam İnqilabının qələbəsindən əlli gün sonra referendumda iştirakla Pəhləvi rejiminin yerinə rəsmən İran İslam Respublikası quruluşunu qoydu.
İranın rəsmi təqvimində 1358-ci günəş ili fərvərdin ayının 12-si, İran İslam Respublikası günü adlandırılıb. Bu gündə İran xalqı özünün 98,2 faizlik səsi ilə İranın siyasi-ictimai quruluşunu dəyişdirdi və İslam Respublikası bərqərar oldu.