İranlı futbolçunun qolu ən yaxşı qol adını almağa namizəddir +VİDEO
https://azeri.sahartv.ir/news/İran-i387507-İranlı_futbolçunun_qolu_ən_yaxşı_qol_adını_almağa_namizəddir_vİdeo
İranlı futbolçu Əlirza Cahanbəxşin qolu 2022-ci il dünya çempionatının seçmə mərhələsinin yekun həftəsinin ən yaxşı qol mükafatını almağa namizəd olub.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Apr 01, 2022 09:07 Asia/Baku
  • Əlirza Cahanbəxş
    Əlirza Cahanbəxş

İranlı futbolçu Əlirza Cahanbəxşin qolu 2022-ci il dünya çempionatının seçmə mərhələsinin yekun həftəsinin ən yaxşı qol mükafatını almağa namizəd olub.

SəhərAzəri-nin məlumatına görə, İranın milli futbol komandası 2022-ci il dünya çempionatının seçmə mərhələsindəki son görüşünü öz evində Livan yığması üzərində iki-sıfır hesablı qələbə ilə başa vurub. Komandamız 25 xalla qrup lideri kimi Qətərə yola düşəcək.

Əlirza Cahanbəxş İranın ikinci qolunu son dərəcə gözəl vurmaqla seçmə görüşlərindəki nailiyyətlərini təkmilləşdirib.

Asiya Futbol Konfederasiyası sonuncu həftənin ən yaxşı qolunun namizədlərini təqdim edib. Əlirza Cahanbəxşin qolu da bu qollar arasındadır.