12 fərvərdin 1358-də İranda dini demokratiya formalaşdı
-
Höccətülislam Hacı Əli Əkbəri
Tehranın cümə namazı xitabətçisi deyib: 1358-ci günəş ili fərvərdin ayının on ikisində İran İslam Respublikası xalqının iştirakı ilə dini demokratiya, respublikaçılıq və islamçılıq formalaşdı.
SəhərAzəri-nin məlumatına görə, On iki fərvərdin və İslam Respublikası gününü təbrik edən höccətülislam Məhəmməd Cavad Hacı Əli Əkbəri əlavə edib: Heç bir xalqın tarixi yaddaşı on iki fərvərdin kimi tarixyazan bir günü qeydə almayıbdır.
Höccətülislam Hacı Əli Əkbəri deyib: İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə.) İslam İnqilabının qələbəsində inqilab amallarının reallaşması üçün bütün xalqı meydana gətirdi və xalqın agahlığı və müşayiəti ilə ədalət, aqillik və əsl Məhəmməd İslamı formalaşdı.
İmam Xomeyni(r.ə)-in xalqa baxışının bir vasitə kimi olmadığını bəyan edən Tehranın cümə namazı xitabətçisi söyləyib: İran İslam Respublikasının böyük banisinin xalqa baxışı nurlu, müqəddəs və irfani baxış və bir imamın ümmətə olan baxışı idi.