Əmir Abdullahian: "Vyana danışıqlarının uzanmasında ABŞ birbaşa məsuliyyət daşıyır"
https://azeri.sahartv.ir/news/İran-i387600-Əmir_abdullahian_vyana_danışıqlarının_uzanmasında_abŞ_birbaşa_məsuliyyət_daşıyır
İranın xarici işlər naziri ABŞ-ın bəzi iranlı şəxslər və şirkətlərə qarşı yenidən sanksiyalar tətbiq etməsini tənqid edərək, Vyana danışıqlarının uzanmasında ABŞ-ın birbaşa məsuliyyət daşıdığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 04, 2022 07:49 Asia/Baku
  • Əmir Abdullahian
    Əmir Abdullahian

İranın xarici işlər naziri ABŞ-ın bəzi iranlı şəxslər və şirkətlərə qarşı yenidən sanksiyalar tətbiq etməsini tənqid edərək, Vyana danışıqlarının uzanmasında ABŞ-ın birbaşa məsuliyyət daşıdığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Əmir Abdullahian bazar günü Omanın xarici işlər naziri Bədr Bin Həməd Əlbusaidi ilə telefon danışığında deyib: "İran İslam Respublikası yaxşı və davamlı razılaşmaya hazırdır, lakin ABŞ həddindən artıq tələbləri ilə Vyana danışıqlarını uzadır".

Əmir Abdullahian telefon danışığında, həmçinin omanlı həmkarını, Oman hökuməti və xalqını mübarək Ramazan ayı münasibətilə təbrik edib, Yəməndə atəşkəsin davamlı olacağına ümid etdiyini bildirib. 

Bununla bağlı Əmir Abdullahian deyib: "İndi vacib olan atəşkəsin davamı ilə paralel olaraq humanitar mühasirənin tamamilə aradan qaldırılmasıdır. Hazırda Yəmən xalqına humanitar yardımların göndərilməsi çox vacibdir". 

Omanın xarici işlər naziri də telefon danışığında İran hökuməti və xalqını müqəddəs Ramazan ayının başlanması münasibəti ilə təbrik edib, Yəməndə atəşkəsin bərqərar olmasını alqışlayıb,

Əl-Busaidi İranın bu məsələdəki rolu və səylərinə görə təşəkkür edib və bunun, bütün Yəmən tərəfləri arasında dialoqa və ölkə sərhədlərinin açılmasına zəmin yaradacağına ümid etdiyini bildirib.