İrana gəlmək istəyənlərin nəzərinə - Yeni qaydalar
İranın Mülki Aviasiya Təşkilatının sözçüsü bütün ölkələr üçün koronavirus məhdudiyyətlərinin aradan qaldırıldığını bildirib və beynəlxalq reyslərlə İrana gələn sərnişinlərin qəbulu üçün son qaydaları açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Koronavirusun dünyada yayılması ilə digər ölkələr kimi İran da ölkəyə giriş məhdudiyyətləri tətbiq etdi.
"İRNA"nın məlumatına görə, İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Mir Əkbər Rəzəvi deyib: "İrannın Koronavirusla Mübarizə üzrə Milli Qərargahı tərəfindən qəbul edilmiş qaydalara əsasən, bütün ölkələrlə bağlı koronavirus məhdudiyyətləri aradan qaldırılıb və 12 yaşdan yuxarı olan bütün sərnişinlər iki doza vaksini vurmaqla yanaşı mənfi PCR testi ilə ölkəyə daxil ola bilərlər. Eyni zamanda peyvənd sertifikatının müddətindən 9 aydan çox müddət keçibsə etibarsız hesab ediləcək.
Rəzəvi əlavə edib: "İrana daxil olan sərnişinlər uçuşdan əvvəl 72 saat ərzində PCR testindən keçməli və onun cavabını mütləq ingilis dilində təqdim etməlidirlər, həmçinin onların sonuncu peyvəndindən 14 gün keçməlidir".