Apr 07, 2022 15:28 Asia/Baku
  •  Seyid Yəhya Rəhim Səfəvi
    Seyid Yəhya Rəhim Səfəvi

İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının baş müşaviri və köməkçisi deyib ki, Ukraynada müharibə ABŞ, NATO və Avropanın qüdrətinin azalmasına səbəb olub.

SəhərAzəri-nin məlumatına əsasən, General-mayor pasdar Seyid Yəhya Rəhim Səfəvi universitet müəllimləri və komandanlardan bir qrupu ilə görüşdə region və dünyadakı son hadisə və dəyişikliklərə işarə ilə əlavə edib: Dünyada yeni bir dövran başlanıb. Hazırkı şərait və Avropa qitəsində Rusiya-Ukrayna müharibəsi 1945-ci ildə ikinci dünya müharibəsi bitəndən sonra nadir bir hadisə olubdur.

General-mayor pasdar Səfəvi bildirib ki, Rusiya SSRİ ərazilərini öz milli təhlükəsizlik mühiti hesab edir.

O, əlavə edib: SSRİ-nin dağılmasından sonra Rusiyanın siyasətlərinin əksinə olaraq, Sovet İttifaqından ayrılmış bu ölkə ilə həmsərhəd olan Litva, Latviya və Estoniya kimi demək olar ki, bütün ölkələr tədricən NATO-ya üzv oldular və hazırda otuz ölkə NATO-ya üzvdür.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının baş müşaviri və köməkçisi deyib: Ukrayna və Rusiyanın coğrafi taleyi bir-birinə bağlanıb. Əgər amerikalılar və NATO Ukraynanı öz üzvlüyünə qəbul etməyə və öz silahları, hava hücumundan müdafiə və raket sistemlərini Ukraynada yerləşdirməyə müvəffəq olsaydı, Rusiya ciddi bir təhdidlə üzləşmiş olardı.

 

Teqlər