AEBA-nın yeni məlumatı haqdakı bəzi xəbərlər dəqiq deyil
-
Məhəmmədrza Qaibi
İran İslam Respublikasının Vyanada yerləşən beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəliyinin başçısı bəzi xarici mediaların Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun nüvə anlaşmasının icrası barədə faktların yoxlanılmasına dair son məlumatı haqdakı xəbərləri qeyri-dəqiq, qeyri-düzgün və məqsədyönlü adlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Məhəmmədrza Qaibi dünən axşamçağı müxbirlərə deyib ki, MAQATE baş direktorunun nüvə anlaşmasının icrası barədə faktların yoxlanılmasına dair məlumatı, İranın nüvə fəaliyyətlərilə bağlı yeni texniki informasiyalar və son dəyişiklikləri təşkilatın üzvlərinin nəzərinə çatdıran BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə uyğun şəkildə nüvə anlaşmasının icrasına nəzarət sahəsində texniki bir yenilənmədir.
Qaibi əlavə edib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun məlumatında deyilir: İran aprelin dördündə agentliyə məlumat veribdir ki, Tehranın qərbində, Kərəcdə, sentrifuqaların istehsalı ilə bağlı bütün maşınları Nətənzə köçürüb və həmin gün agentliyin müfəttişləri faktları yoxlayıb, görüblər ki, onların hamısı qeyri-fəaldır.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik çərşənbə günü bir məlumatda iddia edibdir ki, İran sentifuqa detallarını istehsal edən bütün maşın avadanlıqlarını Kərəc obyektindən Nətənz kompleksinə köçürüb.