Apr 09, 2022 10:52 Asia/Baku
  • İran və Küveytin xarici işlər nazirləri telefonla danışıblar

İranın xarici işlər naziri Küveytli həmkarı ilə telefon danışığında Yəməndə atəşkəsin yaradılmasını alqışladıqlarını bildirib və blokadanın tamamilə aradan qaldırılması və Yəmənə humanitar yardımların göndərilməsinin vacibliyini vurğulayır.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir Abdullahian cümə günü Küveytin xarici işlər naziri Şeyx Əhməd Nasir Əl-Sabah ilə baş tutan telefon danışığı zamanı deyib: "İran İslam Respublikası hökuməti dialoqdan əlavə, praktiki regional əməkdaşlığı vurğulayır və regional əməkdaşlığı regionun təhlükəsizliyi, tərəqqisi və inkişafının xeyrinə hesab edirik".

İran xarici işlər naziri həmçinin küveytli həmkarına sanksiyaların aradan qaldırılması ilə bağlı Vyana danışıqlarının son vəziyyətini izah edib.

Küveytin xarici işlər naziri də öz növbəsində atəşkəsin davam etdirilməsinin Yəmən danışıqlarına və Yəmən böhranının həllinə yol açacağına ümid etdiyini bildirib.

Şeyx Əhməd Nasir Əl-Sabah su sərhədinin müəyyən edilməsi və birgə yataqların istismarı zərurətinə cavab olaraq, ölkəsinin iki ölkə arasında hüquqi danışıqları bərpa etməyə hazır olduğunu açıqlayıb.

Teqlər