Ukrayna böhranını necə tənzimləmək lazımdır?
İran Ukrayna böhranının siyasi həllini vurğulayır - TƏHLİL
İran İslam Respublikasının xarici işlər naziri Ukrayna böhranı ilə bağlı bildirib ki, İran Ukraynada problemin siyasi həllinə diqqət yetirmək istəyir.
SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahiyan Macarıstanın xarici işlər naziri Peter Siarto ilə telefon danışığında Ukrayna böhranını müzakirə edib.
İranın xarici işlər naziri Ukrayna böhranı ilə bağlı “biz müharibə və sanksiyaları rədd edirik” deyib.
Qərbin Moskvanın təhlükəsizlik məsələlərinə biganəliyini tənqid edən Rusiya prezidenti Vladimir Putin fevralın 21-də Donbas bölgəsində dırnaqarası Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyini tanıyıb. Üç gün sonra Putin Ukraynaya qarşı “xüsusi əməliyyat” adlandırdığı hücuma başladı və bu, Moskva-Kiyev münasibətlərinin gərginləşməsinə səbəb oldu.
İran İslam Respublikası Ukrayna böhranının başlanğıcından bəri mübahisələrin beynəlxalq hüquq normalarına uyğun olaraq sülh yolu ilə həllinin zəruriliyinə dair prinsipial mövqeyini bəyan edib və bütün tərəfləri BMT Nizamnaməsinin müddəalarına və beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa çağırıb. İran həmçinin bütün ölkələrin suverenliyi və ərazi bütövlüyünə tam hörmət edilməsinin, bütün mülki əhalinin və mülki infrastrukturun təmin edilməsinin vacibliyini vurğulayıb.
Bununla bağlı İranın xarici işlər naziri martın 14-də ukraynalı həmkarı ilə telefon danışığında İslam Respublikasının müharibəyə qarşı çıxma mövqeyini və siyasi həll yoluna diqqət yetirilməsinin vacibliyini bəyan edib və böhranın həlli üçün siyasi səylərin artırılmasına çağırıb.
İran İslam Respublikası müharibəyə qarşı çıxmaqla yanaşı, Ukrayna böhranının əsas kökünü ABŞ-ın siyasi və hərbi qərar və hərəkətlərində və onun dünyada böhran yaratmasında görür.
İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-uzma Xamenei martın 1-də etdiyi çıxışında “böhran yaratmağı” Amerikanın siyasi, iqtisadi və silah mafiya şəbəkələrinin əsas xüsusiyyətlərindən biri kimi xarakterizə etmişdi.
Hazırda Ukrayna böhranı ilə bağlı Qərbin Rusiya ilə qarşıdurması daha da genişlənib və Qərb ölkələri Rusiyaya qarşı geniş iqtisadi, maliyyə və ticarət sanksiyalarının tətbiqindən sonra Moskvaya qarşı diplomatik müharibəyə də başlayıb və 330-dan çox rusiyalı diplomatı ölkədən çıxarıb. Rusiya prezidenti Vladimir Putin isə xəbərdarlıq edib ki, Qərbin Rusiyaya qarşı sanksiyaları dünyanın yoxsul bölgələrində ərzaq qıtlığını artıracaq, yeni miqrasiya dalğasına səbəb olacaq və ərzaq qiymətlərini artıracaq.
Bütün bunları nəzərə alaraq, İran Ukraynadakı mövcud böhranın həlli üçün tərəflər arasında aparılan danışıqları dəstəkləyərkən, İranın hərbi əməliyyatların dərhal dayandırılması tələbini və münaqişə qurbanlarına humanitar yardıma hazır olduğunu bir daha bəyan edib.