Ərakda lalə gülü festivalı
https://azeri.sahartv.ir/news/İran-i387974-Ərakda_lalə_gülü_festivalı
İranın Mərkəzi vilayətinin əhalisi və turistlər üçün sevincgətirici mühitin yaradılması məqsədilə aprelin on birindən Ərak şəhərinin lalə bağında lalə gülü festivalı keçirilməkdədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 13, 2022 11:03 Asia/Baku
  •  lalə gülü festivalı
    lalə gülü festivalı

İranın Mərkəzi vilayətinin əhalisi və turistlər üçün sevincgətirici mühitin yaradılması məqsədilə aprelin on birindən Ərak şəhərinin lalə bağında lalə gülü festivalı keçirilməkdədir.

SəhərAzəri-nin məlumatına əsasən, Ərak meriyasının parklar və yaşıllıq təşkilatının icraçı direktoru Əhməd Həsəni İran-Press informasiya agentliyilə müsahibədə deyib: Lalə gülü festivalı bəzək tingləri və bənövşə gülləri ilə yanaşı, yüz mindən çox lalə budağı ilə səkkiz min kvadrat-metrlik bir ərazidə təşkil edilibdir ki, yerli əhali və turistlər bu gözəl və füsunkar bir mühitdə yadda qalan anlar yaşamış olsunlar.

Həsəni söyləyib: Lalə gülü İranın milli güllərindən sayılır və İran mədəniyyətində xas bir yerə malikdir.

Yaz fəsli lalə gülünün çiçəklənməsi zamanıdır. Bu il Ərakda lalə gülü festivalı xas dizaynlarla təşkil edilibdir ki, bahar fəsli ilə ahəngdar şəkildə lalə gülü ilə/ yerli əhaliyə və turistlərə ən gözəl çiçək mənzərə və düzümləri nümayiş etdirilmiş olsun.