İranlı dizaynerin əməyi qiymətləndirilib
-
İranlı dizayner
İranın sənaye, mədən və ticarət nazirinin ümumi sənaye üzrə müavini, həmçinin idman və yaradıcı sənaye ofisi qrupunun məsul şəxslərinin iştirakı ilə 2022-ci il Qətər dünya çempionatı simvolunun dizaynerinin əməyi qiymətləndirilib.
SəhərAzəri-nin məlumatına əsasən, İranlı illüstrator Seyid Hüseyn Ocaqinin «Meskat» adlı dizaynı 2022-ci il Qətər dünya çempionatının simvolu kimi seçilib.
İranın sənaye, mədən və ticarət nazirinin ümumi sənaye üzrə müavini Məhəmməd Mehdi Bəradəran dünən Ocaqinin təltif edilməsi mərasimində qeyd edib ki; biz biliyə əsaslanan və məşğulluq yaradan istehsala nail olmaq əzmindəyik.
2022-ci il Qətər dünya çempionatının «Meskat» loqosu dizaynerinin əməyini yüksək dəyərləndirən İranın sənaye, mədən və ticarət nazirinin ümumi sənaye üzrə müavini bu hərəkəti iranlı gənclərin bacarıqlarının nişanəsi adlandırıb və belə qeyd edib: İran xalqının iftixarına səbəb olan dünya çempionatının loqosu kimi seçilən əsər, İran İslam Respublikasının incəsənət iftixarları xəzinəsinə əlavə olacaq.