Apr 16, 2022 10:54 Asia/Baku
  • Yeni İntifazə və gənc Fələstin nəslinin iştirakı sionistlərin kabusudur

İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH yaydığı bəyanatda, yeni İntifazənin yaranmasını və gənc Fələstin nəslinin müqavimət meydanında epik və cəsarətli iştirakını sionistlərin və onların regional və transregional tərəfdarlarının kabusu adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, bəyanatda deyilir:

"Sionist rejimin Məscidül-Əqsaya qarşı törətdiyi yeni cinayətləri göstərir ki, sionistlər yeni və epik İntifazənin yaranmasından və Fələstin xalqının mübarizəsinin dərinləşməsindən və anti-sionist müqavimət cəbhəsinin potensialı və qabiliyyətlərinin artmasından dəhşətə gəliblər. 

Müsəlmanların müqəddəs dəyərlərinin təhqir edilməsi və sionist hərbçilərin mübarək Ramazan ayında Məscidül-Əqsaya hücumları məğlubiyyətə məhkumdur və İntifazə mücahidlərinin qəhrəmancasına üsyanına heç bir təsir göstərməyəcək, həm də sionistləri daha ciddi kabuslar və bəlalarla üzləşdirəcək. 

Fələstində baş verən proseslərə, Qüdsü işğal edən rejimin Məscidül-Əqsada və digər müqəddəs torpaqlarda törətdiyi cinayətlərə dünya ictimaiyyəti reaksiya verməlidir. Şübhəsiz ki, bu cür hərəkətlər, təhlükəli sui-qəsdlər İslam ölkələrində susqunluq göstərən, beynəlxalq qurumlarda insan haqlarından danışanların da yaxasından yapışacaq və dünya ictimai rəyi qarşısında onlar üçün pis nəticələr verəcək.

Bəzi ərəb ölkələrinin yalançı və rəzil sionist rejimlə münasibətlərini normallaşdırması sionist rejimin işğal olunmuş Fələstin torpaqlarında müsəlmanların şərəf və müqəddəsliyinə tamah salmasına yol açıb.

Fələstin xalqının Qüdsdə sionistlərlə birbaşa mübarizə aparmaq iradəsi və region xalqlarının və dünyada haqq tərəfdarlarının dəstəyi ağlasığmaz dərəcədə yeni bir tarix yazılmasına səbəb olacaq və İsrail rejimi və onun regional və trans-regional qoruyucularına kabuslar yaşadacaq".

Teqlər