İİR TeleRadio təşkilatının sədr müavini Facebook-u tənqid edib
https://azeri.sahartv.ir/news/İran-i388095-İİr_teleradio_təşkilatının_sədr_müavini_facebook_u_tənqid_edib
İranın TeleRadio təşkilatının sərhədaşırı bölmə üzrə sədr müavini Facebook-un İFİLM-2 telekanalının bu sosial şəbəkədəki səhifəsini ləğv etmək üzrə hərəkətini tənqid edib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Apr 17, 2022 08:18 Asia/Baku
  • İİR TeleRadio təşkilatının sədr müavini Facebook-u tənqid edib

İranın TeleRadio təşkilatının sərhədaşırı bölmə üzrə sədr müavini Facebook-un İFİLM-2 telekanalının bu sosial şəbəkədəki səhifəsini ləğv etmək üzrə hərəkətini tənqid edib.

SəhərAzəri-nin məlumatına əsasən, Əhməd Novruzi bu haqda yazıb: Fitnəkarların İran və Əfqanıstan xalqları arasında gərginlik yaratmaq üçün əllərindən gələni etdikləri zamanda, Amerika istədiyi rəvayəti hakim etmək üçün internet mübadiləsi mühitinə yiyələnməsindən istifadə edir.

Son zamanlar heç bir siyasi məzmun yaymayan İFİLM-2 telekanalının Facebook səhifəsi də ləğv edilibdir ki, Əfqanıstan xalqının sevimli televiziya kanalı bu sosial şəbəkədə iştirak icazəsinə malik olmamış olsun.

İFİLM-2, İFİLM telekanalının, xüsusən Əfqanıstan və Tacikistandakı qeyri-İran farsdilli tamaşaçıları üçün İran film və seriallarını yayan bir kanalı kimi nəzərdə tutulub.