Parlamentin sədri Məhəmməd Baqir Qalibafın oğlu xalqdan üzr istəyib
https://azeri.sahartv.ir/news/İran-i388226-parlamentin_sədri_məhəmməd_baqir_qalibafın_oğlu_xalqdan_üzr_istəyib
Bu yaxınlarda sosial mediada İran parlamenti sədrinin ailə üzvlərinin Türkiyənin İstanbul şəhərinə səfərdən qayıtdığını göstərən görüntülər və videoların yayılması fonunda Elyas Qalibaf insanlardan üzrə istəyib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Apr 20, 2022 13:35 Asia/Baku
  • Parlamentin sədri Məhəmməd Baqir Qalibafın oğlu xalqdan üzr istəyib

Bu yaxınlarda sosial mediada İran parlamenti sədrinin ailə üzvlərinin Türkiyənin İstanbul şəhərinə səfərdən qayıtdığını göstərən görüntülər və videoların yayılması fonunda Elyas Qalibaf insanlardan üzrə istəyib.

Məhəmməd Baqer Qalibafın həyat yoldaşı, qızı və kürəkəni İstanbuldan Tehrana uçan təyyarəyə minərkən kameralara tuş gəliblər və onların daşıdıqları qeyri-adi miqdarda baqaj səbəbiylə uçuşun əməkdaşları ilə bəzi problemlərin olduğu iddia edilib.

Baqajın körpə üçün bahalı xarici geyim və aksessuar dəsti olduğu iddia edilir. 

Bu görüntülər sosial şəbəkələrdə geniş tənqidlərlə üzləşib. 

İran parlamenti-İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın oğlu İlyas Qalibaf bir tvitdə bütün xalqdan üzrə istəyib. 

Elyas Qalibaf yazıb: "Bacım və onun həyat yoldaşı səhv bir iş görüblər. Əslində onlar xaricə uşaq dəsti almağa getməyiblər, amma bu cür iqtisadi şəraitində bu sayaq səfər mütləq şəkildə qələtdir.

Bu səhvi daha bağışlanmaz edən məsələ, xalqın ümid və inamını sarsıtması, əks-inqilabçıların və bədxahların dilini uzatmasıdır.

Bu davranış atamın fikrinə və siyasətinə qətiyyətlə ziddir. O bu səfərə etiraz etmişdi, lakin təəssüf ki, nəzərə alınmadı. Mən öz tərəfimdən bütün insanlardan üzr istəyirəm, bacım və əri də üzr istəməlidirlər. Allah bu qədr gecələrində bütün xətalarımızı və qüsurlarımızı bağışlasın.