İranın cənub-şərqində MOSSAD-la bağlı şəbəkə yaxalanıb
İranın təhlükəsizlik qüvvələri ölkənin Sistan və Bəluçestan vilayətində MOSSAD casusluq xidmətilə əlaqədə olan şəbəkənin üzvlərindən üç nəfəri həbs ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, İslam İnqilabının qələbəsindən sonra İran İslam Respublikası ilə mübarizə və bu quruluşu devirmək üçün Amerika, sionist rejim və onların regiondakı müttəfiqləri tərəfindən müxtəlif fəaliyyətlər həyata keçirilib.
Son illər də Amerikanın sanksiyalar üzrə maksimum təzyiqinin uğursuz qalmasından sonra İrana qarşı maksimum təhlükəsizlik təzyiqi formalaşıb.
Bu hərəkətlərdə sionist rejim, Amerika və İngiltərə arasında geniş həmkarlıqlar edilir.
İranın Sistan və Bəluçestan vilayətinin baş kəşfiyyat idarəsi bir məlumatda bildirib: İranın təhlükəsizlik qüvvələrinin silsilə kəşfiyyat və əməliyyatları nəticəsində İsrail rejiminin MOSSAD casusluq xidmətilə əlaqədə olub, təsnif edilmiş sənəd və məlumatlar yayan üç nəfər həbs olunub.
Sistan və Bəluçestan vilayətinin baş kəşfiyyat idarəsinin məlumatında İran xalqının düşmənlərin hərəkətləri qarşısında sayıq olmasının vacibliyinə təkid edilib.