Aliməqam Rəhbər Əfqanıstandakı terror aktlarına görə başsağlığı veriblər
Apr 23, 2022 17:27 Asia/Baku
İranın Kabildəki səfirinin müavini İslam İnqilabının Müəzzəm Rəhbəri Həzrət Ayətullahül-üzma Seyid Əli Xameneinin başsağlığı və həmrəylik mesajını Əfqanıstanda son terror aktları nəticəsində şəhid olanların ailələrinə və yaralılara çatdırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Seyid Həsən Mürtəzəvi Əfqanıstanda son terror hadisələri zamanı şəhid olanların ailələri və yaralılarla görüşdə İranın bu hadisələrdə yaralananlara yardım etməyə və müalicə üçün onları Tehrana köçürməyə hazır olduğunu bildirib.
Əfqanıstan son bir neçə gün ərzində ölümcül terror hücumlarının şahidi olub.
Kabildə bir məktəbdə törədilən partlayışı nəticəsində 26 məktəbli şəhid olub, Məzari-Şərif məscidində törədilən partlayışda isə onlarla namazqılan şəhid edilib.