Vaşinqtondakı daxili ixtilaflar anlaşmaya nail olmağa mane olur
https://azeri.sahartv.ir/news/İran-i388377-vaşinqtondakı_daxili_ixtilaflar_anlaşmaya_nail_olmağa_mane_olur
İranın Vyana danışıqları prosesi ilə bağlı müzakirə komandasının müşaviri vurğualyıb ki, Vaşinqtondakı daxili ixtilaflar anlaşmaya nail olmağa mane olur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 24, 2022 08:35 Asia/Baku
  • Vaşinqtondakı daxili ixtilaflar anlaşmaya nail olmağa mane olur

İranın Vyana danışıqları prosesi ilə bağlı müzakirə komandasının müşaviri vurğualyıb ki, Vaşinqtondakı daxili ixtilaflar anlaşmaya nail olmağa mane olur.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid Məhəmməd Mərəndi IRNA ilə müsahibədə sonra belə deyib: Amerikalıların dediklərinə görə, İran Vyanada diqqətəlayiq imtiyazlar almağı bacarıb. Bu səbəbdən, müzakirələr gedişində amerikan heyətdən müəyyən şəxslər istefa verib, etiraz əlaməti olaraq, heyətdən ayrıldılar.

Amerikalıların müzakirələrin sonuncu günündən yekun anlaşma ilə bağlı tədricən süst olduqlarını dilə gətirən İran müzakirə komandasının müşaviri deyib: Danışıqların son günlərində işlər sürətlə irəliləyirdi, lakin faktaraşdırıcılıq, sanksiyaların ləğvi, zəmanətlər, həmçinin Sepah məsələsi də daxil olmaqla müxtəlif mövzular üstündə, amerikalılar birdən-birə işi dayandırdılar.