May 03, 2022 13:09 Asia/Baku
  • Rəisi islami ölkələrin başçıları və xalqlarını təbrik edib

İran İslam Respublikasının prezidenti dünən bir mesajda islami ölkələrin başçıları və xalqlarını səadətli Fitr bayramı münasibətilə təbrik edib.

SəhərAzəri-nin məlumatına əsasən,Seyid İbrahim Rəisi müsəlman ölkələrin başçılarına göndərdiyi təbrik müraciətində iman, mərifət və insani yüksəlişin, eləcə də ilahi yaranışın çiçəklənməsinin təzahürü bayramı olan səadətli Fitr bayramını təbrik edib. Ümidvarlıq edib ki, ilahi ziyafət ayının başa çatması ilə, müsəlmanlar həmin mübarək ayda ibadət və nəfsi təmizləmə yolu ilə bu feyzlə dolu bərəkətli aydan bəhrələnən xoşbəxt isanlar zümrəsində qərar tapacaq və ilahi əcr və mükafat onlara nəsib olacaqdır.

İran İslam Respublikasının prezidenti həmçinin ümidvarlıq edibdir ki, bu mübarək bayram münasibətilə islami cəmiyyətlərdəki birlik və qardaşlıq bağları müqəddəs İslam dininin yüksək amallarının reallaşması istiqamətində möhkəmlənəcək və biz münaqişə və toqquşmaların bitməsi, sülh və təhlükəsizliyin bərqərarı və zalımların əllərinin yer kürəsinin üzündən silinmələrinin şahidi olacağıq.

Teqlər