İran xarici işlər nazirinə bayram təbrikləri ünvanlanıb
May 03, 2022 13:53 Asia/Baku
Bir neçə müsəlman ölkənin xarici işlər naziri səadətli Fitr bayramı münasibətilə İranın xarici işlər nazirini təbrik edib.
Azərbaycan Respublikası, Oman sultanlığı, İordaniya, Tacikistan, Türkmənistan, Qırğızıstan, İraq, Küveyt və Pakistanın xarici işlər nazirləri, Əfqanıstan xarici işlər nazirliyinin başçısı, həmçinin İslam Əməkdaşlığı Təşkilatının baş katibi səadətli Fitr bayramı münasibətilə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianı təbrik ediblər. Bu təbriklərdə İran İslam Respublikasının xalqı və dövlətinə ən yaxşı arzular edilibdir.