May 11, 2022 15:01 Asia/Baku
  • Sepah terrorçuların mövqelərini hədəfə alıb

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah bu gün artilleriya və PUA hücumları ilə İraqın şimal iqlimində yerləşən terror qruplaşmalarının mövqelərini darmadağın edib.

SəhərAzəri-nin məlumatına əsasən, Sepah-ın quru qoşunlarının Həmzeyi Seyyidüşşühəda(ə) qərargahı bir məlumatda bildirib: Dünya imperializminin tabeliyində olan terror qruplaşmalarının/ İran ərazisində təxribatçı və təhlükəsizliyə zidd əməliyyatlar keçirmək üçün ölkəyə sızmaq istiqamətində terror dəstələrinin göndərilməsi üzrə son şər hərəkətlərinin ardınca,/ dəqiq kəşfiyyat və əməliyyat tədbirlərilə bir yaraqlı terror dəstəsi Sepah-ın quru qoşunlarının Həmzeyi Seyyidüşşühəda(ə) qərargahı döyüşçülərinin kəşfiyyat toruna düşüb və bu beş nəfərlik terror dəstəsinin bütün üzvləri İranın Banə şəhərində həbs olunublar.

Bu məlumata əsasən, həmin terror dəstəsi üzvlərinin özlərinin/ İslami İrana qarşı nəhs və təxribatçı niyyət və məqsədlərini etiraf etmələrinin ardınca, bu gün İraqın şimal iqlimində yerləşən terrorçuların baza və qərargahları Sepah-ın quru qoşunlarının Həmzeyi Seyyidüşşühəda(ə) qərargahı döyüşçülərinin hücumlarının hədəfinə çevrilib və məhv edilibdir.

Martın on üçündə də sionist rejimin kəşfiyyat və xüsusi əməliyyat təşkilatı- MOSSAD-ın İraqın Ərbil şəhərində yerləşən iki casusluq bazası İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək dəqiqlikli raketlərinin hədəfinə tuş gəlmişdi.

İran İslam Respublikasının Silahlı Qüvvələri dəfələrlə xəbərdarlıq edibdir ki, ölkənin şimal-qərb sərhədlərinin həndəvərində terror qruplaşmalarının iştirak və fəaliyyətlərinə əsla dözməyəcək və təhlükəsizliyə zidd fəaliyyətlər təqdirində, onlara möhkəm və dağıdıcı cavablar verəcəkdir.

 

Teqlər