Enrike Mora Tehranda Əli Baqiri ilə görüşüb
May 11, 2022 14:45 Asia/Baku
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Tehranda İran xarici işlər nazirinin siyasi müavini ilə görüşüb.
SəhərAzəri-nin məlumatına əsasən, Enrike Mora və Əli Baqiri bu görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Mora dünən gecə Tehrana yola düşməzdən öncə bir tvittdə yazmışdı: Vyana müzakirələri və başqa mövzular barədə Əli Baqiri və digər İran rəsmilərilə görüşmək üçün bir daha Tehrana gedirəm.
O, sonra qeyd edib ki; müzakirələrdə yerdə qalan boşluqları tutmaq üzərində iş davam edir.