İran parlamentinin viste-spikeri Naxçıvan MR-ə daxil olub
-
Əli Nikzad
İran parlamenti-İslam Şurası Məclisinin vitse-spikeri cənab Nikzad bu gün Culfa sərhədindən Naxçıvan Muxtar Respublikasına daxil olub.
SəhərAzəri-nin məlumatına əsasən, İRİB-in Bakı ofisinin məlumatına görə, İslam Şurası Məclisinin vitse-spikeri parlamentin müxtəlif komissiyalarının bir sıra nümayəndələri ilə birlikdə İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT) üçüncü illik sessiyasında iştirak etmək üçün bu gün Naxçıvan Muxtar Respublikasına səfər edib.
Onu Naxçıvanda rəsmi şəxslər və İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Dr. Hüseyni qarşılayıb.
Əli Nikzad sabah Bakıda keçiriləcək İƏT Parlament Assambleyasının üçüncü sessiyasında çıxış edəcək.
Bu iclasda "Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları" mövzusu müzakirə olunacaq.