May 20, 2022 14:31 Asia/Baku
  • Qərbi Azərbaycan İran xalqı üçün sivilizasiya nümunəsidir

İran İslam Respublikası prezidenti deyib: Qərbi Azərbaycan böyük İran xalqı üçün mədəni, tarixi və sivilizasiya məcmuəsinin mükəmməl nümunəsidir. Bu vilayətdə azərilər, kürdlər, sünnilər və şiələr bir-birilərinin kənarında yaşayırlar.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi cümə günü Qərbi Azərbaycan vilayətinə səfərinin başlanğıcında Urmiyyə şəhərinin Şəhid Bakeri adına beynəlxalq hava limanında əlavə edib: Qərbi Azərbaycan müqəddəs müdafiədə mənalı iştiraka malik olub. Onun əhalisinin sərhədi qoruması, nümunəvi hərəkətdir.

Qərbi Azərbaycanın şəhidləri və fədakar döyüşçülərinin xatirələrini hörmətlə yad edən Rəisi bildirib ki, bu vilayətdə çiçəklənməli olan bir çox imkanlar var.

İran İslam Respublikasının prezidenti deyib ki, kənd təsərrüfatının, həmçinin mədən, elmi mərkəzlər və universitetlərin, eləcə də səmərəli işçi qüvvəsinin olması, vilayətin dəyərli sərmayələrindəndir.