May 20, 2022 14:46 Asia/Baku
  • Amerika məntiqli hərəkət edərsə, anlaşma əlçatandır

İran İslam Respublikasının xarici işlər naziri Rusiya xarici işlər naziri ilə telefon söhbətində vurğulayıb ki, Amerika məntiqli hərəkət edərsə, anlaşma əlçatandır.

Hüseyn Əmir-Abdullahian əlavə edib: Biz bütün tərəfləri müzakirələrlə bağlı təşəbbüs göstərməyə çağırırıq.

Əmir Abdullahian həmçinin deyib: Tehran yaxşı, güclü, dayanıqlı və əlbəttə ki, qırmızı xətlərə riayət edilməklə razılaşmaya nail olmağa əzmkardır.

İran xarici işlər naziri qeyd edib ki, Rusiyanın/ İranın təsdiqlədiyi razılaşmanı dəstəkləyən müsbət mövqeyi təqdirəlayiqdir.

Sergey Lavrov da bu telefon söhbətində bildiribdir ki, Rusiyanın razılaşmanın əldə olunmasını himayə etməsi davam edir.

Lavrov əlavə edib: Moskva İran tərəfinin maraq və tələblərinin reallaşması istiqamətində ədalətli razılaşmaya nail olmağa çalışır.