İranın uğuru diqqət mərkəzində
https://azeri.sahartv.ir/news/İran-i389345-İranın_uğuru_diqqət_mərkəzində
İranın Səhiyyə Nazirliyinin beynəlxalq əməkdaşlıqlar üzrə şöbə müdiri bildiirib ki, Ümumdünya Səhiyyə Təşkilatının yığıncağında İranın koronanın aradan götürülməsi və vaksinasiya sahəsindəki uğurlarına nəzər salınacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 22, 2022 09:08 Asia/Baku
  • İranın uğuru diqqət mərkəzində

İranın Səhiyyə Nazirliyinin beynəlxalq əməkdaşlıqlar üzrə şöbə müdiri bildiirib ki, Ümumdünya Səhiyyə Təşkilatının yığıncağında İranın koronanın aradan götürülməsi və vaksinasiya sahəsindəki uğurlarına nəzər salınacaq.

SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Hüseyn Niknam İranın səhiyyə naziri Bəhram Eynullahinin Ümumdünya Səhiyyə Təşkilatının/ üzv ölkələrin səhiyyə prioritetlərini araşdırmaq üçün hər il İsveçrənin Cenevrə şəhərində keçirilən yığıncağında iştirak edəcəyindən xəbər verib. Bildirib ki, bu yığıncaq səhiyyə sahəsindəki uğurlar ətrafında fikir mübadiləsi aparmaq üçün münasib bir fürsətdir və İran da müstəqil ölkə kimi bu yığıncaqda iştirak edəcək.

Niknam həmçinin deyib: Ümumdünya Səhiyyə Təşkilatının yığıncağında səhiyyə təcrübələri və sağlamlıq sahəsindəki nailiyyətlər nəzərdən keçiriləcək və korona tələfatını gündəlik 700 nəfərdən təkrəqəmli ədədə endirən bir ölkə kimi İranın nailiyyəti yığıncaqda diqqət mərkəzində duracaq.